"İranın nüvə proqramı üzrə uğurlu razılaşma Tehranı uranı silah üçün zənginləşdirmək imkanından tamamilə məhrum etməlidir".
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə JNS xəbər portalının konfransında bildirib.
Netanyahu deyib ki, İsrail onilliklər ərzində İranın nüvə ambisiyalarını cilovlayıb və Tehranı bu prosesdə təxminən 10 il geriyə salıb.
Baş nazir vurğulayıb ki, sazişin əsas şərti İranın nüvə infrastrukturunun sökülməsi, həmçinin ballistik raketlərin hazırlanmasına qadağa qoyulması olmalıdır.
"Uğurlu saziş İranı nüvə silahı üçün uranı zənginləşdirmək imkanından məhrum edəcək razılaşma ola bilər. Biz ABŞ-la sıx təmasdayıq - bu və ya digər şəkildə Tehran buna malik olmayacaq", - Netanyahu bildirib.