Bakı. Trend:
Kanadada küçə festivalı zamanı avtomobilin izdihamın üzərinəçırpılması nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Kanadanın Vankuver şəhərpolisi "X" sosial şəbəkəsində yazıb.
"Lapu-Lapu festivalında baş verən hadisədə 11 nəfər həlak olub",- deyə bildirilib.
Bundan əvvəl Kanadanın baş naziri Mark Karni festivalda başvermiş insidentdən sonra ictimai təhlükəsizliyə heç bir təhlükəolmadığını bildirmişdi. O, 20-dən çox insanın yaralandığını qeydedib.