Bakı. Trend:
İranın paytaxtı Tehranda güclü fırtına nəticəsində indiyədək 6nəfər xəsarət alıb.
Trend-inməlumatına görə, bunu Tehran vilayəti Təcili Yardım İdarəsininsözçüsü Şervin Təbrizi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, 3 nəfərə hadisə yerində ambulator xidmətgöstərilib, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
İdarə rəsmisi xəsarət alanların sayının arta biləcəyini istisnaetməyib.
Qeyd edək ki, bu gün Tehranda güclü fırtına nəticəsində havanınçirkliliyi normanı keçib və qeyri-sağlam vəziyyət elan olunub.