RU

Qonşu ölkədə matəm elan edildi


Aprelin 28-də Bəndər-Abbasdakı Şəhid Rəcai limanında baş verən partlayışdan sonra İranda milli matəm elan edilib.

News24.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

“Bəndər-Abbasdakı Şəhid Rəcai limanında baş vermiş faciəli hadisə fonunda hökumət sabahı ümumi matəm günü elan edib”, - Mühacirəni bildirib.

Qeyd edək ki, İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində 25 nəfər ölüb, 1139 nəfər isə yaralanıb./,axar

Избранный
60
3
news24.az

4Источники