RU

Viktor Orban: ABŞ-nin dəstəyi olmadan Ukraynanın uğur qazanmaq şansı yoxdur

​BAKI, 27 aprel. TELEQRAF

Macarıstanın Baş naziri Viktor Orban Avropanı bürüyən "hərbi narahatlığın" dayandırılmasına çağırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Amerika Birləşmiş Ştatlarının dəstəyi olmadan Ukraynanın uğur qazanmaq şansı yoxdur, lakin Brüssel hələ də ümidsiz hərbi strategiyaya sadiq qalır:

"Amerika olmadan Ukraynanın heç bir şansı yoxdur, amma Brüssel hələ də ümidsiz hərbi strategiyanı davam etdirir. İrəli getməyin yeganə yolu sülhdən keçir".

Qeyd edək ki, daha əvvəl Macarıstan rəsmiləri Ukraynanın Avropa İttifaqına üzv olmasına qarşı çıxaraq bu prosesi dayandırmağa çağırmışdılar.

Избранный
9
teleqraf.com

1Источники