RU

“Qurban Qurbanov mənim üçün məktəbdir”

“Zirə” Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gözlədiyimiz kimi çətin oyun oldu. Rəqib qış fasiləsindən sonra evdə məğlub olmamışdı. Bilirdik ki, "Kəpəz" əzmkar mübarizə aparacaq. Üstünlük yaratmaq üçün əlimizdən gələni etdik. Oyuna yaxşı başladıq. Rəqib bizə oynamağa çox da rahat imkan vermirdi. İkinci hissənin əvvəlində sürəti artırdıq. O dəqiqələrdə qol vurduq. Daha sonra yaxşı əks-hücumlarımız oldu. İkinci qolu vurdsaydıq, bizim üçün daha rahat olardı. Qarşıda bizi 4 oyun gözləyir. Hər matçda yaxşı performans göstərməliyik.

- Avrokuboklarda hansı yeniliklərlə gedəcəksiz?

- Avropa Liqası üçün 3 komandanın şansı var. Hər üç komanda sona qədər mübarizə aparacaq. Qarşımıza qoyulan hədəf avrokuboklar idi. Medal qazanaraq bunu etmək sevindirici haldır. İkinci yeri tutmaq istəyirik. Necə olacağını zaman göstərəcək. "Araz-Naxçıvan" sona qədər təslim olmayacaq.

- Qurban Qurbanov və siz uzun müddətdir bir komandada işləyirsiz. Niyə digər klublarımız baş məşqçilərə bu qədər çox şans vermir?

- Klublarımız daha çox yerli məşqçilərə güvənir. Mən şəxsən yerli mütəxəssislərin gördüyü işlərlə fəxr edirəm. Hamını bir-bir qeyd edə bilərəm. Göstərdikləri iş qürurvericidir.

- Avrokuboklarda hədəfiniz nə olacaq?

Избранный
5
3
publika.az

10Источники