RU

Psixoloqlar xəbərdarlıq edir: Bədbəxt insanlar bu ifadələri tez-tez işlədir

Amerikanın "Parade" nəşri psixoloqlar Patrisiya Diksen, Kiki Remsi və Keytlən Slavenslə danışaraq, insanların özlərinin belə fərqinə varmadan istifadə etdikləri, lakin daxili narazılıq və depressiyaya işarə edən ifadələri araşdırıb. Mütəxəssislər bildirirlər ki, bəzi sözlər insanın özünü necə hiss etdiyini açıq şəkildə göstərir.

Teleqraf bu ifadələri təqdim edir:

1. “Məndə heç nə alınmır” – Daim uğursuzluq gözləntisini və ümidsizliyi əks etdirir.
2. “Heç kim məni dinləmir” – Tənha və anlaşılmayan hiss edən insanların sözüdür.
3. “Mənə fərqi yoxdur” – Ruh düşkünlüyünü gizlətmək üçün müdafiə mexanizmidir.
4. “Niyə həmişə mənim başıma gəlir?” – Özünü qurban kimi görənlərin tez-tez dediyi sözlərdir.
5. “Mən heç vaxt kifayət qədər yaxşı olmayacam” – Özünü başqaları ilə müqayisə edən və dəyərsiz hiss edənlərin fikridir.
6. “Şanssızam” – Bütün uğursuzluqları taleyin üstünə atan yanaşmadır.
7. “Mənim üçün artıq gecdir" - İmkanların əldən çıxdığını düşünmək ümidsizlikdən xəbər verir.
8. “Nə üçün cəhd edim ki?” – Uğursuzluq qorxusu ilə atılan addımların qarşısını alır.
9. “Həmişə hər şeyi korlayıram” – Özünü sabotaj etməyin və peşmançılığın nəticəsidir.
10. “Heç kimə lazım deyiləm” – Əslində, bu fikir əlaqə qurmağa olan ehtiyacın göstəricisidir.

Psixoloqlar bildirirlər ki, bu cür ifadələr insan psixologiyasında özünəinamı sarsıdır və uzunmüddətli narazılığa səbəb ola bilər. Onların fikrincə, düşüncə tərzini dəyişmək və hadisələrə fərqli yanaşmaq, bu ifadələri daha pozitiv alternativlərlə əvəzləmək psixoloji vəziyyətin yaxşılaşmasına kömək edə bilər.

Избранный
11
4
teleqraf.com

6Источники