Demokrat.az Teleqraf-a istinadla bu ifadələri təqdim edir:
1. “Məndə heç nə alınmır” – Uğursuzluq və ümidsizliyi əks etdirir.
2. “Heç kim məni dinləmir” – Özünü tənha hiss edən və "məni başa düşən yoxdur" düşüncəsində olan insanların sözüdür.
3. “Mənə fərqi yoxdur” – Ruh düşkünlüyünü gizlətmək üçün müdafiə mexanizmidir.
4. “Niyə həmişə mənim başıma gəlir?” – Özünü qurban kimi görənlərin tez-tez dediyi sözlərdir.
5. “Mən heç vaxt kifayət qədər yaxşı olmayacam” – Özünü başqaları ilə müqayisə edən və dəyərsiz hiss edənlərin fikridir.
6. “Şanssızam” – Bütün uğursuzluqları taleyin üstünə atan yanaşmadır.
7. “Mənim üçün artıq gecdir" - İmkanların əldən çıxdığını düşünənlərin sözüdür.
8. “Nə üçün cəhd edim ki?” – Cəsarətli addımların qarşısını alır.
9. “Həmişə hər şeyi korlayıram” – Özünü sabotaj etməyin və peşmançılığın nəticəsidir.
10. “Heç kimə lazım deyiləm” – Əslində, bu fikir əlaqə qurmağa olan ehtiyacın göstəricisidir.