Nəsimi rayonunda Memar Əcəmi metrosunun yaxınlığında kəsilən onlarla ağacın yerində günlərdir qanunsuz tikinti aparılmaqdadır.
Paytaxt.org bildirir ki, bu barədə mediada dəfələrlə yazılmağına baxmayaraq, aidiyyətı qurumlar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə reaksiya vermək istəməyiblər.
Qeyd edək ki, Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Qafar Ağayev bürokrat tikinti iş adamları ilə yüksək məbləğə anlaşması hadisənin görməzdən gəlməsinə səbəb yaradıb. İddiaya görə çox sayda yaş ağacların kəsilməsinə rəvac verən vəzifəsindən sui-istifadə edən Q.Ağayev açıq şəkildə "yaşıl soyqrım" həyata keçirilməsinə "hə" deyib. Və, hadisəni mediadan gizlətməyə çalışaraq bəzi jurnalistlərlə "separat" danışıqlara girdiyi vurğulanır.
Mövzuya qayıdacağıq
Günay Paytaxt.org