RU

Stress və narahatlığı azaldan 10 ən yaxşı çay

Bəzi çay növləri tərkibindəki bitki mənşəli birləşmələrə görə psixi sağlamlıq üçün xüsusilə faydalı ola bilər. Verywellhealth.com yazır ki, müəyyən növ çaylar stres və narahatlığı təbii yollarla azaltmağa kömək edə bilər. Həkimlər hansı çayların bu məqsədlə faydalı olduğunu izah ediblər.

News24.az bununla bağlı məlumatları sizə təqdim edir:

1. Lavanda çayı

Lavanda sakitləşdirici xüsusiyyətləri ilə tanınır. 2021-ci ilin icmalına görə, lavanda (aromaterapiya, çay, masaj və s.) narahatlığı, depressiyanı və qan təzyiqini azaltmaqda təsirli olmuşdur. 2020-ci ildə aparılan bir araşdırmada yaşlı insanlar iki həftə ərzində gündə iki dəfə lavanda çayı içmiş və onların narahatlıq və depressiya səviyyələri əhəmiyyətli dərəcədə azalmışdır.

2. Papatya çayı

Xərçəng xəstələri üzərində aparılan bir tədqiqatda, iki həftə ərzində gündə bir dəfə papatya çayı içənlərdə depressiya əlamətləri azalmışdır. Narahatlıq səviyyəsi isə ciddi dəyişməmişdir.

3. Yaşıl çay

Aparılmış kiçik bir araşdırma göstərib ki, az kofeinli yaşıl çay içən tələbələrdə stres göstəriciləri aşağı düşüb. Orta yaşlı insanlarda aparılan başqa bir araşdırma isə göstərib ki, bu çay həm stres səviyyəsini azaldıb, həm də yuxunun keyfiyyətini yaxşılaşdırıb.

4. Maça çayı

Maça yaşı çaydan fərqli üsulla yetişdirilir və dəmlənir. Bu da onun tərkibindəki teanin və arqin kimi maddələrin miqdarını artırır, bu da sakitləşdirici təsiri gücləndirə bilər.

5. Aşvaqanda çayı

Aşvaqanda əlavələri narahatlıq və stresin azaldılmasında effektiv hesab olunur. Lakin çay formasında bu təsirin zəif ola biləcəyi bildirilir, çünki dozası əlavələrə nisbətən daha azdır.

6. Çobanyastığı (passiflora) çayı

Araşdırmalar göstərir ki, çobanyastığı ekstraktı narahatlığı azaltmaqda təsirlidir. Onun təsiri bəzi sakitləşdirici dərmanlarla müqayisə oluna bilər. Bir köhnə araşdırmada isə bu çayı içən iştirakçılarda yuxu keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

7. Kannabidiol (CBD) çayı

CBD-nin narahatlığı müalicə edə biləcəyi haqqında bəzi sübutlar var. Lakin CBD çayının tərkibindəki aktiv maddə səviyyəsi daha aşağı olduğu üçün onun effektivliyi hələ tam təsdiqlənməyib.

8. Valeriana çayı

Hemodializ alan xəstələr üzərində aparılmış bir tədqiqatda, valeriana kapsulu qəbul edənlərdə narahatlıq və depressiya səviyyəsi azalmış, yuxu keyfiyyəti isə yaxşılaşmışdır. Çay formasında bu təsirin olub-olmaması ilə bağlı araşdırmalar azdır, amma oxşar təsir mümkün ola bilər.

9. Kava çayı

Alimlər hesab edirlər ki, kava bitkisi qısa müddətdə narahatlığı azaltmağa kömək edə bilər. Lakin bu çayı 8 həftədən çox istifadə etmək məsləhət görülmür, çünki qaraciyərə zərər verə bilər. Vaxtaşırı istifadəsi faydalı olsa da, gündəlik içmək və ya terapiya əvəzi kimi istifadə olunmamalıdır.

10. Nanə çayı

Nanə efir yağının inhalyasiyası narahatlığı azalda bilər. Bu səbəbdən nanəli çayın da oxşar sakitləşdirici təsir göstərə biləcəyi güman edilir./Lent.az

Избранный
17
18
news24.az

10Источники