AZ

Stresi və narahatlığı azaldan 10 ən yaxşı çay növü - SİYAHI

Araşdırmalar göstərir ki, bəzi bitki çayları tərkibindəki kimyəvi maddələr sayəsində psixi sağlamlıq üçün faydalıdır və təbii yolla stressi və narahatlığı azalda bilər. 

News24.az hit.az-a istinadla xəbər verir ki, Verywellhealth.com resursuna əsasən, həkimlər və mütəxəssislər bu baxımdan ən təsirli 10 çay növünü müəyyən ediblər:

1. Lavanda çayı

Lavanda sakitləşdirici təsirləri ilə tanınır. 2021-ci il icmalında lavandanın çay, aromaterapiya və masaj şəklində istifadəsinin stress, depressiya və yüksək təzyiqi azaltmaqda effektiv olduğu göstərilib. 2020-ci ildə yaşlı insanlarla aparılan tədqiqatda gündə iki dəfə lavanda çayı içənlərin narahatlıq və depressiya səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunub.

2. Çobanyastığı çayı

Xərçəng müalicəsi alan pasiyentlər üzərində aparılan tədqiqatda gündə bir dəfə çobanyastığı çayı içənlərdə depressiya əlamətlərində azalma müşahidə olunub. Lakin narahatlıq səviyyəsində ciddi dəyişiklik qeydə alınmayıb.

3. Yaşıl çay (aşağı kafeinli)

Az kafeinli yaşıl çay stress markerlərini azalda bilər. Tələbələr və orta yaşlı insanlar üzərində aparılan tədqiqatlar bu çayın həm stressi azaltmağa, həm də yuxu keyfiyyətini artırmağa kömək etdiyini göstərib.

4. Maça çayı

Maça yaşıl çaydan fərqli şəkildə becərilir və dəmlənir, bu da onun tərkibində daha çox teanin və arqinin olmasına səbəb olur. Bu maddələr stresə qarşı effektiv təsir göstərir.

5. Aşvaqanda çayı

Aşvaqanda əlavələrinin stress və narahatlığı azaltmaqda təsirli olduğu sübut edilsə də, çay şəklində qəbulunda təsir dozası daha az olduğundan, təsiri barədə alimlər arasında yekdillik yoxdur.

6. Pasiflor (çirkincaçiçəyi) çayı

Bu bitkinin ekstraktı benzodiazepinlərə bənzər təsir göstərərək narahatlığı azalda bilir. Araşdırmalardan birində pasiflor çayı içənlərdə yuxu keyfiyyətində əhəmiyyətli yaxşılaşma qeydə alınıb.

7. Kannabidiol (CBD) çayı

CBD-nin yüksək dozalarda narahatlığı azaltdığı sübut olunub. Lakin çay şəklində olan CBD-nin təsiri daha az ola bilər, çünki tərkibindəki aktiv maddənin miqdarı aşağıdır.

8. Valerian çayı

Valerian kapsulları ilə aparılan tədqiqatlarda narahatlıq, depressiya və yuxu problemlərinin azaldığı sübut olunub. Çay şəklində istifadəsi barədə isə hələ geniş elmi məlumat yoxdur, lakin oxşar təsirləri ola biləcəyi düşünülür.

9. Kava çayı

Kava bitkisi qısa müddətli narahatlıq üçün faydalı ola bilər. Lakin uzunmüddətli istifadəsi qaraciyər zədələnməsinə səbəb ola bilər, buna görə də gündəlik və daimi istifadəsi tövsiyə edilmir.

10. Nanə çayı

Nanə efir yağının nəfəsə çəkilməsi narahatlığı azalda bilər. Buna görə də nanə çayı da oxşar sakitləşdirici təsir göstərə bilər.

Nəticə:

Bu çaylar stressin və narahatlığın idarə olunmasında təbii dəstək vasitəsi ola bilər, lakin sağlamlıqla bağlı ciddi problemlərdə həkimlə məsləhətləşmək tövsiyə olunur.


Seçilən
62
18
news24.az

10Mənbələr