RU

Fiqo: “Məni Yamalın xasiyyəti və yetkinliyi heyran edir”

“Barselona”nın keçmiş hücumçusu Luis Fiqo, “Barselona”nın 17 yaşlı ispaniyalı hücumçusu Lamin Yamalda təsirləndiyi xüsusdan söhbət açıb.

Arena.az xəbər verir ki, Portuqaliya futbolunun əfsanəsi 17 yaşlı ispaniyalı cinah hücumçusunda təsirləndiyi xüsusdan danışıb:

“O, qabiliyyətli və usta oyunçudur. Məni, onun xasiyyəti – yetkinliyi heyran edir. Bu, müvafiq yaş üçün təəccüblüdür”, deyə Fiqo vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 14 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 98 oyun, 21 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Избранный
33
8
arena.az

9Источники