RU

Azərbaycan kanoeçiləri Türkiyədə 2 medal qazandı

BAKI, 26 aprel. TELEQRAF

Türkiyənin Adana şəhərində keçirilmiş kayak və kanoe üzrə beynəlxalq “Bahar Kuboku” reqatasında Azərbaycan millisi 2 medal qazanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, kanoeçilər 1 qızıl, 1 gümüş medal qazanıblar.

Qadınlar arasında mübarizə aparan Tatyana Smilovenko 1000 metr məsafəyə bir nəfərlik kanoe qayığı ilə yürüşdə qızıl medala sahib olub.

Oğlanların yarışında isə Hüseyn Səmədli bir nəfərlik kanoe qayığı ilə eyni məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Избранный
16
teleqraf.com

1Источники