RU

İrandakı partlayışın səbəbi açıqlandı - VİDEO

Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin ("Ağıllı Tinglik Sahəsi", "Beynəlxalq Meşəçilik Təlim Mərkəzi" və "Dostluq Meşəsi") yaradılması üçün 5 milyon manat xərclənəcək.

Avtosfer.Az xəbər verir ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti açıq tender elan edib.

Ehtimal olunan qiyməti 5 milyon 57 min 291.20 manat olan müqaviləyə sahədaxili kommunikasiyaların çəkilməsi işləri də daxildir.

Təchizatçılar təklifləri təqdim etmək üçün 1 500 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi mayın 30-na təyin olunub.

Избранный
9
avtosfer.az

1Источники