RU

Şimali Koreya ordusundan Ukrayna üzərində ilk qələbə

BAKI, 26 aprel. TELEQRAF

Rusiyanın Kursk vilayətində vəziyyət kifayət qədər ağır olaraq qalır. Rus qoşunları Qornal kəndi ərazisində irəliləyərək Ukrayna qüvvələrini praktiki olaraq ərazidən sıxışdırıb çıxarıblar.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

“Təəssüf ki, Şimali Koreya qoşunları hərbi əməliyyatların gedişatına təsir göstərdi. Onlar da moskvalı dostları kimi öldülər, amma daimi təzyiq və rəqəmlər sayəsində uğur qazana bildilər”, - məlumatda deyilir.

“DeepState” vurğulayıb ki, Rusiya ilk dəfə olaraq Şimali Koreya ordusunun Ukraynaya qarşı müharibədə iştirakını rəsmən tanıyıb.

Qornal kəndinin geri alınması ilə Rusiya ordusunun Kurska nəzarəti tam bərpa etdiyi bildirilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Kurskun tam azad olunması barədə Prezident Vladimir Putinə məruzə edib. gerasimov həmçinin ilk dəfə olaraq Şimali Koreya qüvvələrinin Ukrayna ilə müharibədə iştirakını rəsmən təsdiqləyib.

Избранный
14
teleqraf.com

1Источники