Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az-a bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə metamfetamin aşkarlanıb.
Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən üç evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluq edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7 min 150 manat maddi zərər vurub.
Son Yazılar:
- Polis Xəzər və Nizami rayonları ərazisində oğurluq edən şəxsləri saxladı
- Azərbaycan süddən hazırlanmış yağların idxalını 42 %-ə yaxın artırdı
- Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq
Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3 min manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.
Araşdırmalar aparılır.