"Bayer" klubunun baş məşqçisi Xabi Alonso gələcəyi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis qərar vermək üçün tələsmir:
"Gələcəyimə qərar vermək üçün heç bir təzyiq hiss etmirəm. Vəziyyət aydındır.
Hər şeyin bir vaxtı var və bu barədə danışmaq üçün hələ tezdir. Ona görə də gözləmək lazımdır".