Cari ilin ilk 3 ayında “AtaSığorta” ASC 2 milyon 488 min sığorta haqqı toplaya bilib.
Valyuta.az xəbər verir ki, ötən il “AtaSığorta”nın topladığı sığorta haqqı 2 milyon 594 min manat olub. Hesablamalara görə, illik müqayisədə bu şirkətin sığorta haqlarında 106 min manat və ya 4,09% azalıb.
“AzSığorta”nın sığorta ödənişlərinə gəldikdə isə bu ilin ilk 3 ayında bu 1 milyon 074 min təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 91 min və ya 9,2% artım olub. Belə ki, ötən ilin yanvar-mart aylarında “AtaSığorta”nın sığorta ödənişləri 983 min manat olub .
Ümumi nəticələrə fikir versək, “AtaSığorta”nın sığorta haqqı azalıb, sığorta ödənişləri isə artıb. 2025-ci ilin ilk 3 ayında bu şirkət topladığı hər 100 manatdan 43 manat 16 qəpiyi ödənişə yönəldib. Ötən il isə bu göstərici 37 manat 89 qəpik idi. Beləliklə bu il ötən illə müqayisədə 5 manat 27 qəpik əlavə ödəniş olub.
Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 15,95 milyon manatdır. Qanuni təmsilçisi isə şirkətin həm də İdarə Heyətinin sədri Seymur Əli oğlu Əliyevdir.
Sərvanə Rəmixanova