RU

Pakistan liderindən Hindistana xəbərdarlıq: Ordumuz buna hazırdır

BAKI, 26 aprel. TELEQRAF

Pakistan Baş naziri Şahbaz Şərif Kəşmirin Hindistanın nəzarətində olan hissəsində baş verən və Dehlinin İslamabadı ittiham etdiyi olaylardan sonra ordunun ölkəsini müdafiə etməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Şərif Hindistanı baş verənlərlə bağlı neytral təhqiqata çağırıb.

“Cəsur silahlı qüvvələrimiz ölkənin suverenliyini müdafiə etməyə davam edir”, - Pakistan lideri vurğulayıb.

Xatırladaq ki, aprelin 22-də Kəşmirdə 26 turistin ölümü ilə nəticələnən hücumdan sonra Hindistan və Pakistan arasında gərginlik artıb, sərhəddə atışma başlayıb. Dehli baş verənlərə görə Pakistanda fəaliyyət göstərdiyini iddia etdiyi qruplaşmanı günahlandırıb, İslamabad iddianı rədd edir.

Hindistan və Pakistan bundan sonra qarşılıqlı olaraq vətəndaşlarının bir-birinin ərazisindən çıxarılmasını əmr edib, Dehli İslamabadla su mübadiləsi müqaviləsini dayandırdığını açıqlayıb.

Избранный
30
teleqraf.com

1Источники