RU

“Paşinyan Minsk qrupunun ləğvini istəyir, bunu istəməyən başqalarıdır”

“Ermənistanın baş naziri Nikol Paşinyan Minsk qrupunun ləğvini istəyir, bunu o, öz də açıqlamalarında da dilə gətirib. Sadəcə, biz ona onanmırıq. Çünki o da, ondan əvvəlki Ermənistan rəhbərliyi də o qədər yalan danışıbki, daha onlara inana bilmirik”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Fransa və Qərbdəki bəzi dairələr Minsk qrupunun ləğvində maraqlı deyi:

“Qərbdə Minsk qrupunun ləğvini istəməyən dairələr var. Hansı ki, həmin dairələr həm də Ermənistanı nəzarətdə saxlayır, öz istəklərini ona diktə edirlər. Bunların başında Fransa dayanır.

Onlar Ermənistana təzyiq göstərərk Minsk qrupunun ləğvinə imkan vermirlər. Ermənistan məhz bu qüvvələrin yedəyində sürüklənməkdədir. Əgər Ermənistan onların yedəyində getməkdən xilas olsa, bu təsirdən uzaqlaşa bilsə, o zaman bu məsələdə optimal mövqe ortaya qoya bilər”.

Seymur ƏLİYEV

 

Избранный
21
moderator.az

1Источники