Bakı, 26 aprel, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXXII turun növbəti oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında "Kəpəz" "Zirə" ilə üz-üzə gələcək. Oyun Tovuz şəhər stadionunda keçiriləcək.
FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:00-da başlayacaq.
Hazırda "Zirə" 61 xalla ikinci, "Kəpəz" isə 28 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun ötən gün keçirilmiş “Turan Tovuz” - “Şamaxı” matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.