AZ

“Zirə” Tovuzda “Kəpəz”i məğlub etdi

Futbol üzrə Misli Premyer Liqasında XXXII turun növbəti oyunu keçirilib. Metbuat.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Kəpəz” Tovuz şəhər stadionunda “Zirə” ilə üz-üzə gəlib.FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.Yeganə qolu 64-cü dəqiqədə Salifu Suma vurub.Bu nəticədən sonra xallarını 64-ə çatdıran “Zirə” ikinci, “Kəpəz” isə 28 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün keçirilmiş “Turan Tovuz” - “Şamaxı” matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.

Seçilən
16
4
metbuat.az

6Mənbələr