RU

Oyundan əvvəl stadionda yanğın baş verdi

İngiltərə Çempionatında mübarizə aparan "Luton Taun" klubuna məxsus "Kenilvort Roud" stadionunda yanğın baş verib.

Publika.az xəbər verir ki, hadisə aprelin 25-də axşam saatlarında qeydə alınb. Yanğına dərhal müdaxilə edilib və ciddi problem yaşanmayıb.

“Bu axşam Kenilvort Roudda baş verən hadisə ilə bağlı xəbərdən sonra azarkeşlərə aprelin 26-da "Koventri Siti" ilə keçiriləcək oyunla bağlı heç bir maneənin olmadığını bildirmək istəyirik.

Məlum olub ki, tüstü stadionun camaşırxana otağında alışan kiçik cihazdan gəlir. Yanğının qarşısı alınıb və hər hansı əhəmiyyətli zərər olmadan söndürülüb”, - deyə "Luton Taun" sözçüsü bildirib.

Избранный
11
publika.az

1Источники