RU

Florida hava limanında bomba xəbərdarlığı səbəbindən sərnişinlər təxliyə olunub

ABŞ-ın Florida ştatında yerləşən "St. Pete–Clearwater" Beynəlxalq Hava Limanı bomba təhlükəsi səbəbindən müvəqqəti olaraq bağlanıb.

APA "Fox News"a istinadən yaydığı məlumata görə, "Allegiant Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba ilə bağlı xəbərdarlıq daxil olub. Hadisə zamanı təyyarədə olan bütün sərnişinlər təxliyə edilib.

İlkin məlumatlara əsasən, insident nəticəsində xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

Избранный
6
2
apa.az

3Источники