RU

Azad edilmiş ərazilərdə internetlə təmin edilən evlərin sayı açıqlandı (ÖZƏL)

Bakı.Trend:

Hazırda işğaldan azad olunmuş ərazilərdə 4000-ə yaxın evtəsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib.

Bunu Trend-insorğusuna cavab olaraq "Aztelekom" MMC-dən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə işlər davametdirilir:

"Hazırda magistral kabellərin çəkilişi işləri davam edir".

Qeyd edək ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin(AZCONHolding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC “BakıTelefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan RespublikasıRabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom”İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, GəncəTelekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və SumqayıtTelekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidəntəşkil edilir.

Xatırladaq ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan”meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı vəmobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən“Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli SabitŞəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiyaməsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu“İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlıİnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (BestPractice of Home Broadband Development Award) mükafatlarına layiqgörülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabitşəbəkə internet provayderinə təqdim edilib.

Məqalədə:
Избранный
1
2
az.trend.az

3Источники