Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Ştutqart” doğma meydanda “Haydenhaym”la üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaqlar son dəqiqələrdə vurduqları yeganə qol sayəsində səfərdə 3 xala seviniblər.
31-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
31-ci tur
25 aprel
Ştutqart – Haydenhaym 0:1
Qol: Honsak, 89.
26 aprel
17:30. Bayer – Auqsburq
17:30. Bayern – Maynts
17:30. Hoffenhaym – Borussiya (Dortmund)
17:30. Holştayn – Borussiya (Mönhenqladbax)
17:30. Volfsburq – Frayburq
20:30. Ayntraxt – Leypsiq
27 aprel
17:30. Boxum – Union Berlin
19:30. Verder – Sankt Pauli