RU

ABŞ Ukraynada sülh üşün Rusiyadan nələri tələb edir?

ABŞ tərəfindən hazırlanan sülh sazişinə əsasən, Rusiyadan Ukraynanın özünün “adekvat təchiz olunmuş” ordusu və müdafiə sənayesini inkişaf etdirmək hüququnu tanıması tələb olunacaq...

Poliqon xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Bloomberg Agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Birləşmiş Ştatlar münaqişənin dayandırılması üçün şərt kimi Rusiyanın Ukraynanın əhəmiyyətli dərəcədə demilitarizasiyası ilə bağlı “israrlı tələbləri” ilə razılaşmır. Bloomberg mənbələri iddia edir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşdə məsələni gündəmə gətirmək üçün bu gün Rusiyaya səfər edib.

Bundan əlavə, Agentliyin məlumatına görə, ABŞ Zaporojjya AES-ə nəzarəti ələ keçirmək istəyir. Vaşinqtonun planına görə, stansiya təmas xəttinin hər iki tərəfindəki şəhərləri elektrik enerjisi ilə təmin etməlidir. ABŞ-nin tələblərinə Ukraynaya Dnepr çayından təhlükəsiz keçidin təmin edilməsi də daxildir.

KİV aprelin 23-də Londonda keçirilən danışıqlarda ABŞ-nin Ukrayna və Avropa nümayəndə heyətlərinə Krımı Rusiya kimi tanımağı və hərbi əməliyyatları dondurmağı təklif etdiyini yazıb. “Financial Times” qeyd edib ki, Rusiya hazırkı təmas xətti boyunca münaqişənin dondurulmasını təklif edib.

Ukrayna media mənbələrinin bildirdiyinə görə, Amerikanın təklifləri arasında “Kiyevin razılaşdığı və razılaşmadığı ideyalar var”. Vladimir Zelenski açıq şəkildə bəyan etdi ki, Ukrayna Krımı hüquqi olaraq Rusiya kimi tanımayacaq. Bundan bir qədər əvvəl ABŞ Dövlət Departamentinin katibi Marko Rubio xəbərdarlıq edib ki, tərəflər yaxın vaxtlarda razılığa gəlməsələr, Vaşinqton nizamlamada iştirakdan imtina edəcək.

Poliqon.info

Избранный
12
50
poliqon.info

10Источники