RU

"İlin idmançısı" seçildi

Yeddi qat Olimpiya çempionu və idman gimnastikası üzrə 23 qat dünya çempionu amerikalı Simona Baylz "Laureus World Sports Awards 2025" tərəfindən "İlin idmançısı" seçilib.

"Unikal" xəbər verir ki, 25-ci mükafatlandırma mərasimi aprelin 21-də Madriddə baş tutub.

Baylz öz nominasiyasında dünyanın bir nömrəli tennisçisi belaruslu Arina Sobolenkanı, ispaniyalı futbolçu və ikiqat “Qızıl top” mükafatçısı Aytana Bonmatini, 2024-cü il marafon çempionu Niderlanddan Sifan Həsəni, 2024-cü il Olimpiya çempionu 1500 m məsafədə olimpiya çempionu keniyalı Fait Kipyeqon və amerikalı çempion Sidni Maklaflini üstələyib. 

"Laureus" nominasiya siyahıları 70-dən çox ölkədən 1000-dən çox idman media orqanının səsverməsi ilə formalaşır.

Избранный
175
1
unikal.az

10Источники