RU

Roy Kin: “Məhəmməd Salah “Arsenal”da olsaydı…”

İrlandiyalı keçmiş yarımmüdafiəçi, hazırda futbol təhlilçisi olaraq çalışan Roy Kin, “Liverpul”un hücumçusu Məhəmməd Salah haqda söhbət açıb.

Arena.az irland mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Salah – əla peşəkardır. O, bütün gənc oyunçulara nümunədir. Biz onun hər həftə nələr etdiyini görürük, nə qədər çox qol vurur, məhsuldar ötürmələr verir. O, heyətində olsaydı, “Arsenal” bu mövsüm İngiltərə Premyer Liqasını qazanardı”, deyə Roy Kin vurğulayıb.

Xatırdaq ki, Salah cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini 2027-ci ilin iyun aynın sonuna qədər uzadıb. Hazırda Salah İngiltərə Premyer Liqasının ən ödənişli ikinci futbolçusudur. Misirli ulduzun həftəlik əməkhaqqı 400 min funt-sertlinq məbləğindədir. Bu, yayda “Mançester Siti”dən ayrılacaq 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçi Kevin De Bröynenin qazancı qədərdir. Premyer Liqanın ən ödənişli futbolçusu isə “Mançester Siti”nin 24 yaşlı norveçli mərkəz hücumçusu Erliniq Halanddır. “Qolçu vikinq” həfətədə 500 min funt-sterlinq məbləğində maaş alır.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Salahın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 32 qol vurub, 23 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 395 oyun, 243 qol, 112 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Избранный
58
14
arena.az

10Источники