AZ

Petit ona xəbərdarlıq etdi: “Real”a getmə, orada...

“Çelsi”, “Barselona”, “​​Arsenal” və “Monako oyunçusu Emmanuel Petit Trent Aleksander-Arnolda xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Petit Trentə “Real”a keçməməyi tövsiyə edib və fikrini əsaslandırıb.

“Trent Aleksander-Arnold “Liverpul”da ikon, əfsanədir və onun “Lester”lə oyundakı sevinci möhtəşəm idi. Bu da məni vadar edir ki, onun “Liverpul”da qalacağını düşünüm. Xüsusən də Məhəmməd Salah və Vircil van Deyk yeni müqavilələr imzaladıqdan sonra.

Aleksander-Arnolda məsləhətim: “Liverpul”da yenidən Premyer Liqanı qazanacaq və həmişə Çempionlar Liqası üçün mübarizə aparacaqsan. İndiki vəziyyətdə niyə “Real”a gedirsən? “Real”da xaosdur, bir və ya iki pis oyununuz olsa, azarkeşlər sizi öldürəcək. Heç bir dəstəyiniz olmayacaq. “Liverpul”da isə əksinədir.

Seçilən
34
14
publika.az

10Mənbələr