"Liverpul"un hücumçusu Məhəmməd Salah "qırmızılar"la müqaviləsini yeniləməmişdən əvvəl Səudiyyə Ərəbistanından ümumilikdə 500 milyon funt-sterlinq dəyərində sərfəli təklif alıb.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bununla belə, futbolçu Premyer Liqada və Çempionlar Liqasında uğur qazanmaqda maraqlı olduğu üçün İngiltərə klubunda qalmağı üstün tutub. Salah həftədə təxminən 400 min funt sterlinq maaşla komandanın ən çox qazanan oyunçusu olaraq qalacaq.
Onun İngiltərə klubu ilə yeni 2 illik müqavilənin müddəti bitdikdən sonra Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyini də istisna etmir.