RU

İranlı nazir: “Biz ABŞ ilə şərəfli razılaşma əldə etmək istəyirik”

İranın xarici işlər naziri Abbas Ərakçi ABŞ ilə bərabər şərtlərlə ədalətli və şərəfli razılaşma əldə etmək istədiklərini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Ərakçi ABŞ ilə dolayı danışıqlara getdiyi Omanın paytaxtı Maskatda İran dövlət televiziyasına danışıb.ABŞ ilə bərabər şərtlərlə ədalətli və şərəfli bir razılaşma əldə etmək istədiklərini ifadə edən Ərakçi, "Qarşı tərəf də eyni şəkildə (dolayı danışıqlar) girərsə, inşallah danışıqlara səbəb ola biləcək ilkin razılaşma şansı olar" deyib. 

İranlı nazir “Kifayət qədər iradə olarsa, görüş cədvəlini müəyyən edəcəyik” deyib.Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Ərakçi, ABŞ-ni isə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək.

Избранный
64
6
cebheinfo.az

10Источники