RU

“Arsenal” ÇL-də “topçular”ın rekordunu təkrarladı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la Londondakı ilk oyunda 3:0 hesablı qələbə “Arsenal” üçün əlamətdar olub.

Arena.az “Squawka” statistik internet-portalına istinadən məlumat verir ki, “topçular” Çempionlar Liqasının 2024/2005-ci illər mövsümündə nail olduqları məğlubiyyətsiz oyunlar üzrə nəticəni təkrarlayıblar.

Statistiki məlumatların toplanılmasına başlanıldığı həmin mövsümdə London təmsilçisi 6 qələbə və 1 heçə-heçə sayəsəində 7 oyundan ibarət məğlubiyyətsiz oyun silsiləsinə müvəffəq olmuşdu. “Topçular” cari mövsümdə də həmin silsiləyə müvəffəq olublar və cavab oyununda “Real”a məğlub olmasalar, mütləq rekorda nail olacaqlar.

Əlavə edək ki, “Arsenal” indiyə qədər heç vaxt UEFA Çempionlar Liqasının qalibi olmayıb. “Topçular”ın ən yaxşı nəticəsi 2006-cı ildə yüksəldikləri final olub ki, burada “Barselona”ya 1:2 hesabı ilə məğlub olublar.

Xatırladaq ki, İngiltərə təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 finalının cavab oyunu çərçivəsində aprelin 16-da Madriddə “Real”ın “qonağı” olacaq.

Избранный
27
8
arena.az

9Источники