EN

Ukrayna ALOV İÇİNDƏ - Nikolayev və Xarkovda PARTLAYIŞLAR - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiya “Kalibr” raketləri və “Tu-95MS” strateji bombardmançıları ilə Ukraynaya genişmiqyaslı hücuma keçib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Kiyevdə raket qalıqlar çoxmərtəbəli binanın üzərinə düşüb.

Nikolayevdə evlərə zərbələr endirildiyi barədə məlumatlar daxil olub. Xarkovda da partlayış səsləri eşidilib. 

Bu arada Rusiyanın strateji aviasiyası Ukrayna səmasındadır. Monitorinq kanalları Tu-160 təyyarələrinin atəş manevrləri həyata keçirdiyini bildirir.

Hazırda bütün Ukrayna ərazisində hava həyəcanı elan olunub.

Son məlumatlara görə, ilk “Kalibr” raketləri artıq Ukrayna hava məkanına daxil olub.

Musavat.com

Chosen
0
35
musavat.com

10Sources