“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusu seçilib.
KONKRET.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
32 yaşlı oyunçu Premyer Liqa karyerasında ikinci dəfə bu ada layiq görülən beşinci futbolçu olub. O, ilk dəfə 2017/2018 mövsümünün ən yaxşı oyunçusu adını qazanıb.
Daha əvvəl Tyerri Anri, Kriştiano Ronaldo, Nemanya Vidiç və Kevin De Brüyne də iki dəfə “ən yaxşı” oyunçu adına sahib çıxıb.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm 37 oyunda 28 qol vurub və 18 məhsuldar ötürmə edib.