EN

Rusiya Kiyevə ballistik raketlər və dronlarla hücum edib, yaralananlar var - YENİLƏNİB

Ötən gecə Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib.

APA xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə boyunca Ukrayna ərazilərinə 14 ədəd "İskəndər-M" ballistik raketi ilə hücum edib. Hücumlar Kiyev, Dnepropetrovsk, Odessa və Zaporojye vilayətlərinə yönəlib.

Qeyd olunub ki, bundan başqa, gecə ərzində Rusiya 250 ədəd zərbə PUA-sı və müxtəlif növ uçuş aparatları ilə hücum həyata keçirib. Əsas hücum istiqaməti Kiyev şəhəri olub.

Ukrayna qüvvələri hava hücumunun qarşısının alınması üçün tədbirlər görüb. Hava hücumundan müdafiə qüvvələri ölkənin şərqində, şimalında, cənubunda və mərkəzində 6 ədəd “İsgəndər-M/KN-23” ballistik raketi (Kiyev) vurub, “Şahed” tipli 245 PUA zərərsizləşdirib.


***

01:39

Rusiya Ordusunun kamikadze tipli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Kiyev vilayətinin Brovarı rayonunda 54 yaşlı kişi və 50 yaşlı qadın yaralanıb.

APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

“Hər iki şəxs bud nahiyəsindən qəlpə yaraları alıb. Yaralılar yerli xəstəxanaya yerləşdirilib və onlara bütün zəruri tibbi yardım göstərilir. Hücum nəticəsində bir fərdi yaşayış evi və avtomobilə ziyan dəyib”, – deyə məlumatda deyilir.
Chosen
0
25
sherg.az

10Sources