EN

“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək”

Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna yenidən müraciət etməsi və azərbaycanlıların ö dəd-baba yurdlarına dönmə məsələsini qaldırması Ermənistanı əmməlicə silkələyib.



Referans xəbər verir ki, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin İrəvana axund təyin etməsi məsələsi isə erməniləri əməllicə xofa salıb.



Ermənistanda yayınlanan News.am saytı bununla bağlı xəbər yayaraq, Azərbaycanın xüsusi planının olduğunu iddia etməklə yanaşı, kluarlarda ciddi razılaşmaların olduğunu iddia edib.



Bu azmış kimi sayt Prezident İlham Əliyevin gələn yaz İrəvana gələcəyini və bu məntəqəni Azərbaycan şəhəri olaraq ziyarət edəcəyini də vurğulayıb.  “Əliyev gələn yaz İrəvana gələcəkmi? Görünən odur ki, Azərbaycanın atdığı addımlar gələn il Ermənistanın onlarda olacağı təəssüratını yaradır”.

Chosen
0
4
referans.az

10Sources