EN

Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub

Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gecə və bu gün səhər saatlarında ölkənin regionları üzərində Ukraynaya aid 94 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-ların 64-ü Belqorod, 24-ü Bryansk vilayətləri ərazisində vurulub. Qalanları Kursk, Lipetsk, Voronej və Tula vilayətləri ərazisində zərərsizləşdirilib.

Chosen
0
12
operativmm.az

10Sources