BAKI, 24 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla ticarət razılaşması əldə etmək üçün Avropa İttifaqını Çin mallarına rüsumları artırmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Birləşmiş Ştatlar Avropa İttifaqının Çinə iqtisadi təzyiq kampaniyasında iştiraka israr edir və Avropa ölkələrinin Çin mallarına yeni tariflər tətbiq etməsini istəyir. Bununla belə, Çin Aİ-nin ixracatı üçün mühüm bazar olaraq qalır və blok Pekinlə ticarət müharibəsində maraqlı deyil.
Qəzetin mənbələri qeyd edir ki, Birləşmiş Ştatlar digər ölkələrlə, o cümlədən Cənubi Koreya və Yaponiya ilə ticarət danışıqlarında Çinlə bağlı oxşar tələblər irəli sürür.
“The Wall Street Journal” həmçinin yazır ki, Amerika lideri Aİ ilə ticarət danışıqlarının tempindən razı deyil və hesab edir ki, müzakirələr kifayət qədər sürətlə getmir.