EN

Türkiyənin İqdır şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş konsert olub

Türkiyənin şərqindəki İğdır şəhərində “Konstitusiya və Suverenlik ili” münasibətilə konsert keçirilib.

Turkustan.az xəbər verir ki, tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Qarsdakı Baş Konsulluğu, Türkiyənin İqdır vilayəti valiliyinin administrasiyası və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə baş tutub.

Konsertə gələnlər arasında İqdır valisi Ercan Turan, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, İqdır Universitetinin rektoru, professor Ekrem Gürel, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev və başqaları olublar.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və digər rəsmi şəxslər mədəni tədbirin iştirakçıları qarşısında çıxış edərək Türkiyə və Azərbaycan xalqlarını tarixən birləşdirən qardaşlığı və əlaqələrin sarsılmazlığını vurğulayıblar.

İqdırdakı “Milli bağ” parkının ərazisində Azərbaycanın milli geyimlərinin nümayişi keçirilib.

Daha sonra Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov və Əməkdar artist Rəvanə Qurbanovanın çıxışları olub.

İqdır və ətraf vilayətlərin sakinləri Türkiyə və Azərbaycan bayraqları ilə ölkəmizə həsr olunmuş mədəni tədbirlərin davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

22 / 39

Chosen
0
29
turkustan.az

10Sources