EN

Ceyhun Bayramov Koreyanın yeni səfirini qəbul etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Koreyanın yeni təyin olunmuş səfiri Kimqu Kanqı qəbul edib.

Publika.az xəbər verir ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iqtisadiyyat, investisiyalar, humanitar, təhsil, turizm və s. istiqamətlər üzrə əməkdaşlığın vəziyyətinin müzakirə edildiyi görüş zamanı həmçinin kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və digər potensial istiqamətlərin mövcudluğu vurğulanıb.

Eyni zamanda iki ölkə arasında beynəlxalq platformalar, xüsusilə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə(AQEM) ölkənin sədrliyi dönəmində əməkdaşlığın vacib olduğu diqqətə çatdırılıb. Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə Koreya tərəfinin yaxından iştirakı barədə qarşı tərəfdən məlumat verilib.

Chosen
0
14
publika.az

10Sources