BAKI, 23 may. TELEQRAF
Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Moskvaya doğru uçan altı pilotsuz uçuş aparatının hücumunu dəf edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin “Telegram” kanalında yazıb.
"Müdafiə Nazirliyinin HHM sistemi Moskvaya doğru uçan altı pilotsuz uçuş aparatını vurub. Qırıntıların düşdüyü yerdə fövqəladə hallar xidmətlərinin mütəxəssisləri çalışır", - mer bildirib.
Ümumilikdə, ötən gün ərzində paytaxta doğru uçan 51 dronun hücumu dəf edilib. Moskva merinin məlumatına görə, daha 27 PUA 21 may tarixində, günün ikinci yarısında məhv edilib.