Ulusal.az xəbər verir ki, Moskva vaxtı ilə saat 05:11-də Vnukovo hava limanında təyyarələrin gəliş-gedişinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Saat 05:50-də Kaluqa hava limanı da fəaliyyətini bərpa edib.
Departamentin məlumatına görə, Moskvanın bütün hava limanları normal rejimdə işləyir. Bundan əvvəl Domodedovo, Şeremetyevo və Jukovskidə təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
“Məhdudiyyətlər zamanı yeddi reys alternativ hava limanlarına yönləndirilib, onlardan dördü artıq ilkin təyinat aeroportlarına qayıdıb”, – Rosaviatsia əlavə edib.
Moskva meri Sergey Sobyaninin verdiyi məlumata görə, bu gecə şəhərə yaxınlaşan 12 pilotsuz təyyarə vurulub. Daha səkkiz PUA Tver səmasında məhv edilib. Tulada pilotsuz təyyarə yaşayış binasının həyətinə düşüb, qubernator Dmitri Milyaev bildirib. İvanovo, Tula, Lipetsk və Tambov vilayətlərində, eləcə də Moskva yaxınlığındakı Jukovskidə pilotsuz təyyarələrlə hücum təhlükəsi rejimi elan edilib.