Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.
APA-nın qərb bürosunun məlumatına görə, Rusiya tərəfindən döyüşlərdə iştirak edən Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş, Rusiya vətəndaşı 1970-ci il təvəllüdlü Səfail Babayev bugünlərdə döyüşlərdə öldürülüb.
Mərhumun bu gün Səfikürd kənd qəbiristanlığında dəfn olunması nəzərdə tutulub.