EN

"Zelenski legitimliyini çoxdan itirib" - Rusiya XİN

Ukrayna xalqı Rusiya ilə memorandum imzalamaq üçün yeni rəhbərliyi seçməlidir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin hüquq departamentinin direktoru Maksim Musıxin bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski imza çəkmək roluna uyğun deyil: "Çünki o, hətta daxili legitimliyini belə çoxdan itirib. Əmin olmaq lazımdır ki, Ukrayna tərəfi ilə bağlı müqaviləni bunun üçün xalqdan mandatı olan şəxs imzalayır, əks halda problemlər yaranacaq.

Ukrayna xalqı öz yeni liderini sərbəst şəkildə seçməlidir... Parlamentin spikeri müəyyən imza səlahiyyətinə malikdir. Ona öz ölkəsi daxilində bunu etməyə icazə verəcəklərmi, böyük sualdır". 

Ağarza Elçinoğlu 

Chosen
0
50
unikal.az

10Sources