EN

“Tottenhem” “Mançester Yunayted”i məğlub edərək UEFA Avropa Liqasının qalibi oldu

Bu gün UEFA Avropa Liqasının final matçı keçirilib.

Viral.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” qarşılaşıb.

Bakı vaxtilə saat 23:00-da başlayan görüş İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutub.

Son Yazılar:

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Brennan Consonun 42-ci dəqiqədə vurduğu qolla “Tottenhem” titulun sahibi olub.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

 

Chosen
0
50
viral.az

10Sources