AFFA Region Liqasında mövsümə yekun vurulub.
"Unikal" xəbər verir ki, bu gün yarışın qalibi, o cümlədən gümüş və bürünc medalçılar müəyyənləşib.
3-cü yeri "Göyəzən"ə 5:2 hesabı ilə qalib gələn "Ağstafa Gəncləri" tutub.
Finalda "Xankəndi" ilə "Şirvan" üz-üzə gəlib. Birincilər 3:0 hesabı ilə qələbə qazanaraq kuboku başı üzərinə qaldırıblar. "Xankəndi"nin heyətində Bayram Əliyev (16), Hüseyn Axundov (63) və Elariz Xəlilli (79) fərqləniblər.
Beləliklə, qalib komanda yeni mövsümdən etibarən Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan “Şirvan” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Lerik” ilə pley-off matçına çıxacaq.