UEFA Avropa Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Həlledici görüşdə İngiltərənin iki klubu - "Tottenhem" və "Mançester Yunayted" üz-üzə gəlib.
İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda baş tutan görüşdə London təmsilçisi 1:0 hesabı ilə qalib gələrək baş mükafata sahib çıxıb.
Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson "qırmızı şeytanlar"ın qapısından keçirib.
Bununla da "Tottenhem" tarixi ərzində üçüncü dəfə turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın "Atalanta" klubu olub.