EN

Boks millimiz "Heydər Əliyev Kuboku-2025" beynəlxalq turnirinin qalibi OLDU

Azərbaycanın boks millisi Bakıda keçirilən yeniyetmələr arasında "Heydər Əliyev Kuboku-2025" beynəlxalq turnirinin qalibi olub.

"Unikal" xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda 8 ölkənin 216 idmançısı qüvvəsini sınayıb.

Altı gün davam edən yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Bu gün baş tutan final döyüşlərini Azərbaycan Boks Federasiyasının rəsmiləri, Olimpiya və dünya çempionatının mükafatçıları, müxtəlif federasiyaların rəsmiləri izləyiblər.

Onlar mükafatlandırma mərasimində də iştirak ediblər.

Azərbaycan millisi turniri 35 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət komandanın heyətində Əli Ruşanov (44 kq), Əli Əliyev (48 kq), Şahin Aslanov (60 kq) və Səftər Məmmədzadə (80 kq+) çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Həsən Sərhədli (44 kq) ilə İbrahim Bədəlli (54 kq) ikinci yerlə kifayətləniblər.

Digər boksçulardan Həsrət Məmmədov, Abdulrahim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Nicat İmanov və Hüseyn Vahabov (hər ikisi 75 kq) bürünc mükafat qazanıblar.

Chosen
0
41
unikal.az

10Sources