EN

Daha bir kafedə NÖQSANLAR AŞKARLANDI - FOTO

Babək rayon Gülşənabad kəndində fəaliyyət göstərən Zeynalov Məhərrəm Abbasəli oğluna məxsus “Körpü” kafesində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 

Belə ki, qida obyektində sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan alət və avadanlıqların təmiz saxlanılmadığı, ətin müvafiq müşahidəedici sənədlərinin təqdim edilmədiyi, mal qonşuluğu prinsipinə əməl olunmadığı, işçilərin dövri tibbi müayinələrə cəlb olunmadığı və şəxsi gigiyena qaydalarına əməl etmədiyi və digər nöqsanlar aşkar edilib.


Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması təmin olunana qədər kafenin fəaliyyəti məhdudlaşdırılıb.
























Bizim.Media

Chosen
0
37
bizim.media

10Sources